Dünya

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırdı

4 İyul 2024 23:30
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN-qeyd) ayırıb.

Milli.Az report-a istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır", - diplomat yazıb.

Qeyd edək ki, iyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.