Dünya

Xamenei Putinə mesaj göndərdi

4 İyul 2024 14:42
Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında danışıqlar başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Görüşün əvvəlində Putin Moskva ilə Tehran arasında münasibətlərin dostluq və konstruktiv xarakterini qeyd edib, həmçinin onların gələcəkdə möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Moxber öz növbəsində, Putini əmin edib ki, ölkədə keçiriləcək prezident seçkilərindən sonra Rusiya ilə İran arasında əlaqələr zəifləməyəcək və dəyişməyəcək.

O, İranın ali dini lideri Əli Xameneinin Rusiya prezidentinə iki ölkə arasında gələcəkdə qarşılıqlı fəaliyyətlə bağlı mesajını da çatdırıb. Deyib ki, Rusiya və İran arasında mövcud olan dərin ikitərəfli münasibtlər prezident seçkilərindən sonra da davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.