Dünya

Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”

3 İyul 2024 22:00
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın müxalif mediası Baş nazir Nikol Paşinyanın öz siyasətində Rusiyaya doğru dönüş etməyə çalışdığı haqda məlumat yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Hraparak" geosiyasi hadisələrin "bir vaxtlar rusofob olan" Nikola Paşinyanı növbəti dəfə Putinin qucağına itələdiyini iddia edib.

Nəşrin yaydığı məqalədə bildirilib ki, Rusiyanın Ukrayna cəbhəsindəki qələbədən sonra regiona "qayıdacağı" haqda düşüncə onu Qərbdən Rusiyaya üz tutmağa vadar edib:

"Məhz bu səbəbdən bir gün əvvəl AB-yə üzvlüklə bağlı referendumun keçirilməyəcəyi elan edildi və Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyan mayın 12-də raket atəşi nəticəsində çökən binaya görə Belqoroda göndərildi. Yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni hakimiyyət orqanlarının yeni "rus çəkməsini yalama" epizodlarının şahidi olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.