Dünya

Makronun seçkilərlə bağlı avantürası uğursuzluqla nəticələnə bilər - Sky News

30 İyun 2024 08:46
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Emmanuel Makronun erkən parlament seçkiləri ilə bağlı avantürası uğursuzluqla nəticələnə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sky News"un Avropa müxbiri Adam Parsons öz məqaləsində yazır.

"Prezident partiyasının Avropa seçkilərindəki uğursuzluqlarından sonra növbədənkənar parlament seçkiləri təyin etmək barədə sürpriz qərar qəbul etdikdən sonra Fransa siyasəti xaos içindədir", - deyə publisist bildirib.

Parson əlavə edib ki, Marin Le Penin sağçı "Milli Birlik" fraksiyası gözlənilən qələbəni əldə etsə, daha da qarışıqlıq yarana bilər.

Jurnalist qeyd edib ki, qarşıdan gələn səsvermə zamanı Marin Le Penin partiyası lider olacaq. Bunu Fransa əhalisi arasında aparılan sorğuların nəticələri sübut edir. Eyni zamanda, solçu alyansın ikinci, Makronun sağ mərkəzçi partiyasının isə üçüncü yeri tutacağı ehtimal edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.