Dünya

“Time” Baydeni belə tənqid etdi

29 İyun 2024 12:12
Baxış: 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, iyulun 27-də ABŞ-də seçkiöncəsi 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq Prezident Donald Tramp arasında CNN-in Atlantadakı baş qərargahında ilk debat keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, debatdan sonra ölkənin nüfuzlu "Time" jurnalı üz qabığı ilə diqqətləri üstünə çəkib. Belə ki, Baydenin teledebat zamanı fikrini izah edə bilməməsi, həyəcanlı halda debatdan ayrılması diqqətlərdən qaçmayıb.

Jurnal Co Baydenin fotosunu "Panika" başlığı ilə dərc edib. "Time" nəşri bununla da Amerika liderinin Trampla debatdakı uğursuzluğuna münasibət bildirib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.