Dünya

Biz də ABŞ kimi bu raketləri istehsal edib... - Putin

28 İyun 2024 20:49
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın orta və yaxın mənzilli raketlərini dünyanın müxtəlif regionlarında yerləşdirməsi Rusiyada narahatlıq doğurur və cavab tələb edir. Moskva belə raketlərinin istehsalına və sonradan, ehtimal ki, onların yerləşdirilməsinə başlaya bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda bildirib.

"Bu gün məlumdur ki, ABŞ bu raket sistemlərini nəinki istehsal edir, hətta onları təlimlər üçün Avropaya - Danimarkaya gətirib və bu yaxınlarda onların Filippində yerləşdiyi deyildi. Bu, raketlərin oradan çıxarılıb-çıxarılmadığı da məlum deyil.

Hər halda, biz buna reaksiya verməliyik və bu sahədə bundan sonra nə etməli olacağımız barədə qərarlar qəbul etməliyik.

Görünür, biz bu zərbə sistemlərinin istehsalına başlamalıyıq, sonra isə faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onları harada yerləşdirmək barədə qərar qəbul etməliyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.