Dünya

"Starliner"in Yerə qayıtması təxirə salındı

28 İyun 2024 20:28
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boeing"in "Starliner" kosmik gəmisinin Yerə qayıtması növbəti dəfə təxirə salınıb.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, kosmik gəmi iyunun 5-də başlayan sınaq missiyasını tamamlayıb iyunun 14-də geri dönməli idi.

Məlumata görə, kosmik gəminin Yerə qayıda bilməmisinin səbəbi texniki nasazlıqla əlaqədardır. "Boeing" və NASA yaranan problemləri aradan qaldıracaqlarını və iyunun 22-də gəminin geri dönəcəyini vəd etsələr də, onun qayıtma tarixi yenə təxirə salınıb.

Bildirilir ki, NASA-nın uçuş zamanı manevr etmək üçün istifadə edilən kapsulun yanacaq sistemlərindəki problemlərini təhlil etmək üçün daha çox vaxta ehtiyacı var. Kosmik gəminin 28 itələyicisindən beşi kosmik stansiyaya yaxınlaşarkən sıradan çıxıb.

NASA və "Boeing"in meydana gələn texniki nasazlıqları aradan qaldırmaq səyləri davam etdiyi əsnada astronavtlar təxminən üç həftədir Beynəlxalq Kosmik Stansiyada gözləyirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.