İyunun 27-də AB-nin Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa Birliyi və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin yüksək çinli məmuru Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
"Sabah təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalanacaq", - açıqlamada qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun