Dünya

Tarixdə ilk: 71 yaşlı nənə gözəllik yarışmasında iştirak edəcək

25 İyun 2024 02:02
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

71 yaşlı Marissa Teijo gözəllik müsabiqəsinin ən yaşlı iştirakçısı kimi tarixə düşəcək. Marissa Hyustonda Miss Texas ABŞ müsabiqəsində yarışan digər iştirakçılara qoşulub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qalib Texası Miss USA müsabiqəsində təmsil edəcək.

"Miss Universe" təşkilatı bu yaxınlarda qaydaları dəyişərək 18 yaşdan yuxarı müsabiqə iştirakçıları üçün yaş məhdudiyyətlərini aradan qaldırıb və gözəllik müsabiqəsində evli, boşanmış və hamilə qadınların iştirakına icazə verib.

71 yaşlı Marissa Teijo İnstaqram səhifəsində müsabiqədə iştirakından həyəcanlandığını və bunun "qadınları fiziki və əqli cəhətdən ən yaxşı olmağa və hər yaşda gözəllik olduğuna inanmağa ruhlandıracağına" ümid etdiyini yazıb.

Qeyd edək ki, gözəllik yarışması 2 gün davam edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.