Dünya

Daha bir ölkə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayır

23 İyun 2024 16:42
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sloveniya Prezidenti Nataşa Pirts-Musar iyunun 27-də Kiyevə səfər edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə prezident "TV Slovenija" kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, səfər zamanı Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalanacaq.

"Delo" nəşri yazıb ki, saziş hər iki ölkənin müdafiə və xarici işlər nazirlikləri tərəfindən işlənib.

"Bu, məcburi beynəlxalq saziş deyil, yalnız uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləmək üçün siyasi iradəni ifadə edir", - məlumatda bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.