Dünya

Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb

22 İyun 2024 21:23
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi İturi əyalətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Konqonun İnkişafı naminə Kooperativi"nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.

Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.

CODECO 20 ildən çox əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.