Dünya

Dünyanın ən qeyri-punktual aviaşirkətləri - REYTİNQ

22 İyun 2024 13:58
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava nəqliyyatı dünyada ən populyar səyahət formalarından biri olaraq qalır. Lakin bir çox sərnişin uçuş gecikmələri ilə üzləşir ki, bu da onların gələcək planlarına mənfi təsir göstərir. Analitiklər 2023-cü ildə ən punktual olan qlobal aviaşirkətlərin siyahısını tərtib ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, məlumata görə, antireytinqdə lider Macarıstanın aşağı büdcəli "Wizz Air" aviadaşıyıcısı olub.

Keçən il Böyük Britaniya hava limanlarından keçən aviaşirkətlərin reysləri orta hesabla 31 dəqiqə 36 saniyə gecikib. Ləğv edilən uçuşlar araşdırmaya daxil edilməyib.

İkinci yerdə Türkiyənin "Turkish Airlines" şirkəti (28 dəqiqə 36 saniyə), üçüncü yerdə isə Britaniyanın "Tui" şirkəti (28 dəqiqə 24 saniyə) qərarlaşıb. Ən qeyri-punktual aviadaşıyıcılar siyahısında sonrakı yerlərdə "Air India" (28 dəqiqə 12 saniyə), Türkiyənin "Pegasus" Hava Yolları (25 dəqiqə 6 saniyə), "Air Portugal" (23 dəqiqə 48 saniyə), İspaniyanın "Vueling Airlines" (23 dəqiqə 6 saniyə) və İsveçrədir (22 dəqiqə 48 saniyə).

Doqquzuncu yerdə "Air Canada" (22 dəqiqə 6 saniyə) və "British Airways" (21 dəqiqə 36 saniyə) ilk onluqda qərarlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.