Dünya

Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb

18 İyun 2024 21:38
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.

Amerikalı diplomat deyib ki, "GBU-24" idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:

"Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.