Dünya

“Yeni Nostradamus”dan şok: Sabah dünya savaşı başlayır!

17 İyun 2024 07:00
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üçüncü Dünya müharibəsinin başlamasına cəmi bir neçə gün qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Yeni Nostradamus" adlandırılan hindli astroloq Kuşal Kumar "Deyli Star"a açıqlamasında çıxış edib.

"18 iyun 2024-cü il III Dünya müharibəsini başlatmaq üçün ən güclü planetar stimula malikdir", - o bildirib.

O, iddiasını dəstəkləmək üçün bir sıra narahatedici cari hadisələri sadalayıb:

1. Himalay dağlarında doqquz hindu zəvvarının həlak olduğu və 33 nəfərin yaralandığı son terror aktı;

2. Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada atışma;

3. Livandakı Hizbullah qüvvələrinin bu yaxınlarda bir komandirin ölümünə cavab olaraq yəhudi dövlətinə raket zərbələri endirməsindən sonra İsraildə qarşıdurmanın kəskinləşməsi;

4. Rusiya Havanaya hərbi gəmilər, o cümlədən nüvə sualtı qayığı göndərməsi:

5. Çinin Tayvan ətrafında hərbi təlimləri və ABŞ-ın kəskin reaksiyası.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.