Dünya

İki milyondan çox müsəlman hacı olub

16 İyun 2024 10:11
Baxış: 705
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan "Əqəbə Cəmrəsi"nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.