"Vətən naminə Tavuş" revanşist hərəkatının lideri Baqrat Qalstanyan iyunun 9-da İrəvanda yeni mitiq keçirmək üçün ermənilərə çağırış edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Həmin gün meydanda minimum 100 min insana ehtiyacımız var. Bu, qələbəmiz üçün son dərəcə vacibdir. Beləliklə, işə başlayırıq", - Qalstyan bildirib.
Qeyd edək ki, keşiş Baqrat Qalstyanın növbəti mitinqi 9 iyun saat 18:00-a planlaşdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun