Dünya

Çin MN: Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik

2 İyun 2024 08:48
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikitəyinatlı malların ixracına ciddi nəzarət edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) müdafiə naziri Dun Szyun Sinqapurda keçirilən "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

"Biz heç vaxt münaqişə tərəflərinin heç birinə silah verməmişik. Biz ikitəyinatlı malların ixracına ciddi nəzarət yaratmışıq və heç vaxt vəziyyəti qızışdıracaq heç bir iş görməmişik", - o söyləyib.

Nazir əlavə edib ki, Çin Ukrayna məsələsində həmişə məsuliyyətli mövqe tutub və sülh danışıqlarının tərəfdarı olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.