Dünya

Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb

31 May 2024 01:21
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasını maliyyə sənədlərinin saxtalaşdırılmasında təqsirli bilən münsiflər heyətinin qərarında iştirakda ittiham edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu münsiflər heyətinin qərarınan sonra Donald Tramp jurnalistlərə deyib.

"Bunu Bayden administrasiyası siyasi rəqibinə zərər vermək üçün edib. Düşünürəm ki, bu, sadəcə, biyabırçılıqdır biz sona qədər mübarizə aparıb qalib gələcəyik, çünki ölkəmiz cəhənnəmə çevrilib", - Tramp vurğulayıb.

Qeyd edək ki, Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən "Trump Organization" şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.

Eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.