Dünya

İspaniyada baş nazirin həyat yoldaşına qarşı istintaq başlanıb

30 May 2024 00:40
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid Əyalət Məhkəməsi korrupsiyada şübhəli bilinən Krallığın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes haqqında istintaqın başlanmasını dəstəkləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qomezə qarşı iş "Təmiz Əllər" təşkilatından şikayət daxil olduqdan sonra açılıb və mediada dərc olunan məlumatlar əsasında tərtib edib.

Madrid prokurorluğu iddiadan apellyasiya şikayəti verib və işə xitam verilməsini istəyib. Lakin İspaniya məhkəməsi bu müraciəti rədd edib.

Bu arada, baş nazir ispanlara müraciətində bildirib ki, sağ və ifrat sağ koalisiya "yalan olduğu qədər qalmaqallı şikayətlər vasitəsilə siyasi rəqibi sıradan çıxarmaq" niyyətindədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.