Dünya

Pakistanda ağır qəza - 28 ölü, 20 yaralı

29 May 2024 10:04
Baxış: 565
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Deyli Pakistan" qəzeti məlumat yayıb.

Qəza nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.

İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.