Dünya

Rusiyanın dondurulmuş aktivləri onun əleyhinə istifadə olunacaq

29 May 2024 09:00
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etmək üçün Avropa Sülh Fonduna yönəldiləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell mətbuat konfransında deyib.

"Bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır. Mən dünən Xarici İşlər Nazirləri Şurasında bu barədə danışmışam, bu gün də bunu etdik. İstifadə edilmisini gözləyən 6,6 milyard avro var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir", - Borrel vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory