Dünya

Gürcüstanda bir neçə çay məcrasından çıxdı - VİDEO

28 May 2024 13:28
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda pis hava şəraiti səbəbindən ölkənin şərqindəki Kaxeti bölgəsində problemlər yaranıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, güclü yağışlar nəticəsində bir neçə çay məcrasından çıxıb. Nəticədə elektrik xətləri və qaz boruları zədələnib, təsərrüfat sahələri su altında qalıb, yollar dağılıb.

Ən çox zərərçəkən bölgələr Telavi, Axmeta və Laqodexi olub.

Hazırda ərazidə ağır texnika vasitəsilə fəsadların aradan qaldırılması üzrə işlər aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.