Dünya

Fotosessiya etdirmək istəyən modeli sürət qatarı vurub öldürdü - FOTOlar

28 May 2024 11:07
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuelalı model Çintya Nayeli Hiqareda Bermexo qatar relslərində şəkil çəkdirmək istəyərkən faciəvi şəkildə ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Qvadalaxara şəhəri yaxınlığındakı Zakoalko de Torres qəsəbəsində baş verib.

30 yaşlı model relslərdə şəkil çəkdirmək istəyərkən paltarı sürətlə gələn qatara ilişib. Nəticədə model hadisə yerində dünyasını dəyişib. Onun meyiti ailəsinə təhvil verilib.

"O, fotosessiyada iştirak edirdi, qatara çox yaxınlaşıb. Qatar paltarını özünə çəkib və bu da onun ölümünə səbəb olub", - Jalisko əyalətinin prokuroru Jakin Mendez Ruiz bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.