Dünya

Ukraynanın Xarkov şəhərinə hücumlar nəticəsində onlarla insan yaralanıb, ölənlər var - FOTOlar

26 May 2024 06:30
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Xarkov şəhərinin əsasən Şevçenkovski və digər rayonlarına bu gün növbəti dəfə ardıcıl hava hücumları olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, zərbələrin bir neçəsi şəhərdəki böyük ticarət mərkəzinə və ona bitişik supermarketə dəyib. Günorta saatlarında başlayan hücumlar axşama qədər davam edib.

Vilayət administrasiyasından bildirilib ki, gün ərzində 60-a yaxın insan yaralanıb. Ümumilikdə ölənlərin sayı 7 nəfərdir.

"Dağıntılar altında axtarış və xilasetmə işləri gedir, ölənlərin və yaralanların sayının artma ehtimalı yüksəkdir. Çünki təkcə ticarət mərkəzində hava hücumu zamanı təxminən 200 qədər adam olub", - məlumatda bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş isə "Report"a bildirib ki, hücum aviasiya vasitəsilə olub: "Mayın 25-də düşmən Xarkovdakı ticarət mərkəzlərindən birini və ardınca digər yaşayış ərazisini bombaladı. İstirahət günündə insanların çox olduğu ticarət mərkəzində xeyli dağıntılar var. Oranın işçilərinin və ziyarətçilərin çox olduğu yer ardıcıl bombalanıb. Düşmən ticarət mərkəzini idarə olunan hava bombaları ilə vurub. Çoxlu sayda insan ölüb, xeyli yaralanan var. Bu, düşmənin əsl məqsədinin başqa bir sübutudur.

Eyni zamanda bu, Ukraynanın müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu sübut edir. Effektiv müqavimət üçün ehtiyac artır. Özümüzü ilk növbədə belə hücumlara qarşı müdafiə etmək üçün hava müdafiəsinə təcili ehtiyacımız var"- o, əlavə edib.

Qeyd edək ki, axşama doğru yenidən Xarkovda hava hücumu xəbərdarlığı verilməyə başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.