Dünya

Lipavski: Cümə - sülhə çağırdı, şənbə - zərbə endirdi

26 May 2024 00:50
Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə - Kreml çarı guya sülh istədiyinə işarə edir. Şənbə - mülki şəxslərlə dolu hipermarketin bombalanması. Kreml nağıllarına aldanmayın.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski sosial şəbəkə hesabında yazıb.

"Praqada keçirilən NATO nazirlərinin görüşündə mən həmkarlarımdan rus imperializmini cilovlamaq üçün dəstəyi artırmağı xahiş edəcəm", - o qeyd edib.

Xatırladaq ki, Rusiya Xarkovda bu gün hipermarketə zərbə endirib. Ukrayna lideri Zelenski deyib ki, hipermarketdə 200-dən çox adamın olduğu ehtimal edilir. Zərbə nəticəsində 10 min metrdən çox ərazisini əhatə edən yanğın başlayıb. Ölən və yaralananların olduğu bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.