Dünya

Putin dünyanı şoka salacaq - ABŞ kəşfiyyatçısı

18 May 2024 01:09
Baxış: 1 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vladimir Putin qlobal auditoriya baxımından bu gün dünyanın ən hörmətli lideridir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib.

Onun sözlərinə görə, Rusiya bu gün dünya səhnəsində əsas oyunçudur:

"Çin, Hindistan kimi digər güclərlə birləşdi. Qlobal cənubun əksəriyyəti Moskvanı dəstəkləyir. Rusiya BRİKS-in əsas üzvlərindən biridir. Bu il oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti bütün dünyanı şoka salacaq".

Keçmiş kəşfiyyatçı onu da qeyd edib ki, səfərləri zamanı xarici işlər naziri Sergey Lavrov həmişə hörmətlə qarşılanır:

"İnsanlar onu dinləmək istəyirlər, çünki Rusiya dünya səhnəsində önəmli oyunçudur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory