Dünya

Piterdə çaya düşənlər üçün suya atılan 3 müsəlman...

10 May 2024 21:45
Baxış: 1 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Batan sərnişinlərin köməyinə ilk gələn gənclər İdris İsmatulla oğlu Hacıyev, Şahban Cəbrayıl oğlu Cəbrayılov və Məhəmməd Ramazan oğlu Həsənovdur. Onların hamısı Dağıstandandır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Biysultan Həmzəyev öz Teleqram kanalında Sankt-Peterbirqda çaya düşən avtobus haqda qeyd edib.

Deputat bildirib ki, hər 3 gənc tikinti sənayesində işləyir, həmin vaxt da cümə namazına gedirlərmiş.

İdris Hacıyev Rusiya mediasına bildirib ki, öz hərəkətini qəhrəmanlıq hesab etmir:

"Biz məscidə cümə namazına gedirdik və körpüyə çatmazdan əvvəl avtobusun kanala düşdüyünü gördük. Tez yuxarı qaçdıq. Artıq suya atılmamaq variantı yox idi, çünki vəziyyət elə idi ki, insanlara 100% kömək etmək lazım idi. Bu qəhrəmanlıqdır? Məncə, yox, inanıram ki, hər bir insan çətinliyə düşən insana kömək etməlidir. Bacardığımız qədər kömək etdik".

Qeyd edək ki, qəza nəticəsində avtobusda olan 20 sərnişindən 6-sı ölüb.

Rusiya mediası avtobus sürücüsünün tacikistanlı 44 yaşlı Rəhmətşah Qurbanov olduğunu yazıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.