Dünya

Rusiya qoşunları Ukrayna şəhərində mühasirəyə düşdü

9 May 2024 07:14
Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna müdafiə bölmələri Krasnoqorovka şəhərinə daxil olan Rusiya hücum qrupunu mühasirəyə alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Xortitsa" qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib.

"Düşmən kiçik qrupla şəhərə soxulub və zavod ərazisində yerləşib. Bölmələrimizin, xüsusilə 59-cu briqadanın səyləri nəticəsində düşmənin hərəkəti məhdudlaşıb və hələ də oradadır", - deyə o bildirib.

Voloşin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin sursat təchizatı kəsilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.