Dünya

Putindən Paşinyana bağlı qapılar arxasında təklif - VİDEO - FOTOlar

9 May 2024 00:30
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

------
00:30

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən görüşdə Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin rekord həcmdə artığını söyləyib.

Bundan əlavə, Putin Paşinyanla görüşdə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında əməkdaşlıq bütün "beşlik" ölkələri, o cümlədən Ermənistan və Rusiya üçün müsbətdir.

Putin Paşinyanı təkcə ticarət dövriyyəsinin artımını deyil, həm regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi, amma bunu mövzunu qapalı rejimdə müzakirə etməyi təklif edib.

Qeyd edək ki, Kremldə Putin-Paşinyan ikitərəfli danışıqları keçirilir. Danışıqlar bu gün Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

------
23:52

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.