Dünya

Braziliyada daşqında ölənlərin sayı artdı - VİDEO

8 May 2024 17:05
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, yaralananların sayı artıq 372 nəfərdir.

Bu barədə Rio-Qrandi-du-Sul ştatının qubernatoru Eduardo Leyte məlumat verib.

159 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, ən azı 131 nəfər itkin düşənlər siyahısındadır.

"95 ölüm... Rəqəmlər artır, lakin təəssüf ki, biz hələ də onun artacağını proqnozlaşdırırıq. Çünki biz hələ də fövqəladə vəziyyətdəyik", - deyə Leyte bildirib.

Qeyd edək ki, aprelin sonunda Braziliyanın Uruqvayla sərhədində yerləşən cənub əyaləti 1941-ci ildən bəri ən güclü yağışa məruz qalıb. Yağışlar səbəbindən Rio-das-Antas çayında bənd dağılıb, yaxınlıqdakı yaşayış məntəqələri su altında qalıb. Ümumilikdə, Rio-Qrandi-du-Sul əyalətindəki 497 bələdiyyədən 401-i tufan və daşqınlardan zərər çəkib. Səlahiyyətlilər təbii fəlakətin 1,5 milyona yaxın insanın zərər çəkdiyini təxmin edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.