Dünya

Bizi tənqid edirdilər ki, bu türk ölkələri ilə... - Siyarto

7 May 2024 23:47
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Orta Asiya ilə dostluğuna görə vaxtilə Qərb tərəfindən tənqid olunduğunu deyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Macarıstan və Özbəkistan Hökumətlərarası Komissiyasının iclasında bildirib.

"Biz Mərkəzi Asiyanı dost və maraqlı region kimi görürük. O vaxt bəzi qərbli həmkarlarımızın bizi tənqid etdiyini xatırlayıram. İndi isə nadir faydalı qazıntılara malik olduğunuz məlum olduqdan sonra Şərq və Qərb arasındakı tədarük marşrutlarının işə salınmasına qərar verilib. Bizi dostluğumuza görə tənqid edənlər indi özləri sizin ölkə ilə dost olmaq istəyirlər", - Siyarto qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.