İspaniyanın nəqliyyat naziri Oskar Puentenin Argentina prezidenti Xavyer Mileyi hədəf alan kobud səhvi iki ölkə arasında son illərin ən böyük diplomatik böhranına səbəb olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Puenten Salamanka şəhərində bir tədbirdə çıxışı zamanı Mileyin narkotik istifadə etdiyini bildirib.
"Mileyi televiziyada gördüm və eşitdiklərimdən sonra öz-özümə dedim; onun hansı maddələrdən istifadə etdiyini bilmirəm, amma narkotikdən istifadə edir. Dedim ki, onun seçkilərdə qalib gəlməsi mümkün deyil, amma belə oldu", - o, açıqlamasında qeyd edib.
Argentina Prezident Aparatı həyat yoldaşı ilə bağlı korrupsiya iddialarını əsas gətirərək İspaniyanın baş naziri Pedro Sançesi sərt şəkildə ittiham edib.
"Argentina xalqı ilə qardaşlıq bağlarını gücləndirmək və qorumaq üçün fəaliyyəti davam etdirəcəyik", - İspaniya hökuməti böhranı yumşaltmağa çalışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun