Dünya

Çində magistral yol çöküb, ölənlərin sayı 48 nəfərə çatıb

2 May 2024 22:42
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "CCTV News" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, daha 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, ciddi həyati təhlükələri yoxdur.

Xatırladaq ki, magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb. Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.