Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barə "Sinxua" agentliyi məlumat yayıb.
Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.
-------
08:15
Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Olay yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri qurtarıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun