Dünya

Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir

29 Aprel 2024 22:33
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya qarşı sanksiyalar işə yaramır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya İcmalar Palatasının Xəzinədarlığının Seçki Komitəsinin sədri Harriet Bolduin danışıb.

"Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var. BVF (Beynəlxalq Valyuta Fondu) bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır", - Bolduin bildirib.

Komitə rəhbəri iddia edir ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları bir o qədər çox görünür.

O bildirib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.