Dünya

23 yaşlı "Gözəllik kraliçası" qətlə yetirildi - ANBAAN VİDEO

29 Aprel 2024 14:47
Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda 23 yaşlı "Gözəllik kraliçası" Landy Parraqa Los Rios əyalətində getdiyi məkanda silahlı hücuma məruz qalıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bədəninə çoxlu güllə dəyən Landy hadisə yerində dünyasını dəyişib.

Qan donduran qətldən sonra Ekvador Prokurorluğunun rəsmiləri dəlil toplamaq və sui-qəsdin arxasında duranları tapmaq üçün araşdırmalara başlayıb. Çoxsaylı həbslərə səbəb olan mütəşəkkil cinayət strukturunun istintaqı davam edən "Metastaz" davasında gözəllik kraliçasının adının hallandığı məlum olub.

Qeyd edək ki, o, 2022-ci ildə gözəllik müsabiqəsində Los Rios əyalətini təmsil edib və  "Miss Ekvador" yarışmasının qalibi olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.