Dünya

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

22 Aprel 2024 08:57
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Moskva ilə münaqişədə məğlub olacağı təqdirdə nə baş verəcəyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

Zelenski Ukrayna üçün mümkün məğlubiyyətin nəticələrini açıqlayıb və etiraf edib ki, bu halda Rusiya Baltikyanı ölkələrlə münaqişəyə başlayacaq.

"Ukrayna dözməsə, Putin mütləq Baltikyanı ölkələri işğal edəcək, o zaman Polşa və Almaniyanın bir hissəsi hücuma məruz qalacaq. Sadəcə ona görə ki, Putin Sovet İttifaqının "təsirini" qaytarmaq istəyir", - deyə o bildirib.

Zelenski Ukraynanın qalib gəlmə şansını da açıqlayıb. O, həmçinin ölkənin minlərlə əsgərin çox ehtiyac duyduğu silah sistemlərini alacağına ümid etdiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.