Dünya

İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırıldı - YENİLƏNİB

19 Aprel 2024 09:06
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:06
 

İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Aviasiya Təşkilatının sözçüsü bildirib.

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarına uçuşlar üzrə tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.

Məhdudiyyətlərin digər hava limanlarında da aradan qaldırıldığı qeyd edilib.

--------

08:09

Tehran, İsfahan, Şiraz və digər bölgələrdə uçuşlar dayandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Tehran, İsfahan, Şiraz və İranın qərb, şimal-qərb və cənub-qərb bölgələrinə bütün uçuşlar dayandırılıb.

Bundan əvvəl İsfahan əyalətində partlayış barədə məlumat verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.