Dünya

Viktor Orban: “Aİ-nin rəhbərliyi dəyişməlidir”

17 Aprel 2024 19:00
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa İttifaqının (Aİ) hazırkı rəhbərliyi istefa verməlidir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Yaşıl keçid", davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi özü tərəfindən seçilmiş bir neçə böyük layihəsi olan Aİ-nin rəhbərliyi uğursuzluğa düçar oldu. Aİ-nin hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır", - deyə Orban mətbuat konfransı zamanı söyləyib.

Siyasətçi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Aİ-nin yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Xatırladaq ki, aprelin 10-da Macarıstan hökuməti Aİ-nin miqrasiya siyasətinə qarşı çıxıb və yeni miqrasiya paktını dəstəkləməyib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.