Pentaqon rəhbəri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yoav Qallant arasında gün ərzində ikinci telefon danışığı baş tutub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqondan məlumat verilib.
"Müdafiə naziri Lloyd Ostin bu gün ikinci dəfə İsrailin müdafiə naziri Yoav Qallantla danışıb və İranın misli görünməmiş hücumu fonunda ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz dəstəyini təsdiqləyib", - məlumatda qeyd olunub.
Məlumata görə, nazirlər İranın hücumunu dəf etmək üçün görülən mühüm müdafiə tədbirləri və güclü əməkdaşlığı müzakirə ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun