Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

14 Aprel 2024 14:13

Pentaqon rəhbəri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yoav Qallant arasında gün ərzində ikinci telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqondan məlumat verilib.

"Müdafiə naziri Lloyd Ostin bu gün ikinci dəfə İsrailin müdafiə naziri Yoav Qallantla danışıb və İranın misli görünməmiş hücumu fonunda ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz dəstəyini təsdiqləyib", - məlumatda qeyd olunub.

Məlumata görə, nazirlər İranın hücumunu dəf etmək üçün görülən mühüm müdafiə tədbirləri və güclü əməkdaşlığı müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun