Dünya

Baydenlə Netanyahu arasında telefon danışığı olub

14 Aprel 2024 07:39
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden İranın İsrailə hücumu fonunda İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

"Prezident Bayden bu gün (dünən-red) axşam saatlarında İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb", - məlumatda deyilir.

Danışığın təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.