Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya edilib.
Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 7 nəfər xəstəxanaya yerləşdirilib.
Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun