Dünya

Tajani Abdullahianla danışdı: Gərginliyin azaldılması...

12 Aprel 2024 23:11
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya XİN başçısı özü açıqlama verib.

"İranın xarici işlər naziri ilə Yaxın Şərqlə bağlı uzun müddətli telefon danışığımız oldu. Mən İtaliya hökumətinin gərginliyin azaldılması istiqamətində mövqeyini təkrarladım. Rəsmi Tehranı mötədil yanaşmaya çağırdım. Bundan başqa, Livandakı İtaliya qoşunlarının və Qırmızı dənizdəki ticarət gəmilərimizin təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini bildirdim", - A.Tajani vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.