Dünya

Rusiyada su anbarı yenidən dağıldı... - Düz bir il öncə... - FOTO

7 Aprel 2024 08:10
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli sakinlərin təxliyəsi üçün bölgəyə xilasedicilər cəlb olunur...

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd yenidən dağılıb.

Milli.Az moderator.az-a istinadla xəbər verir ki, bu barədə BBC-nin rus  xidməti Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb.

"Orskda su anbarı bəndin növbəti dağılması baş verib. Mümkün daşqın zonasına Stroiteley kəndi, Nikel, Lesotorqovı və Borisoqlebski küçəsi ərazisindəki ərazilər daxildir", - məlumatda deyilir.
 
Bundan əvvəl Orsk şəhərinin meri bir sıra kəndlərin sakinlərini bəndin yarılması ilə əlaqədar təcili təxliyə etməyə çağırıb.
 
Yerli sakinlərin təxliyəsi üçün bölgəyə xilasedicilər cəlb olunur.
 
Xatırladılır ki, dünən - aprelin 6-da Rusiyanın Orsk şəhərində bəndin dağıldığı və şəhəri su basdığı ​​barədə məlumat yayılmışdı.
Su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.

Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.

Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.

Bundan əlavə, daha əvvəllər məlumat verilmişdi ki, Rusiya Federasiyası Buryatiyada bənd yarılıb, buna görə su axını Baykal-Amur magistral xəttinin dəmir yollarını yuyub aparıb.
 
Onu da xatırladaq ki, düz bir il öncə- 2023-cü il aprelin 6-da Rusiya Ukraynanın Kramotorsk şəhərindəki su anbarını raketlə vuraraq dağıtmış, subasma nəticəsində əhaliyə xeyli ziyan dəymişdi.

İyunun 6-da isə  Rusiya ordusu Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasını (SES) partlatmış, nəticədə on minlərlə insan bu günədək evsiz-eşiksiz qalıb, mülki və hərbi obyektlərə, eləcə də təbiətə böyük zərər vurulub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.