Dünya

İsraili İrandan qoruyacağıq - Bayden

10 Aprel 2024 23:50
Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra indiki xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz həmçinin Yaxın Şərqdəki hadisələri, o cümlədən atəşkəs və girov müqaviləsinə birgə dəstəyimizi, eləcə də Qəzzada mövcud olan humanitar böhranı həll etmək üçün təcili səyləri müzakirə etdik. Eləcə də İranın İsrailə ciddi hücuma keçmə təhlükəsini müzakirə etmək istəyirik. İsrailin Baş naziri Benyamin Netanyahuya dedim ki, İran və ona dəstək verənlərdən gələn bu təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmazdır. Bir daha dedik ki, İsrailin təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.