Dünya

Ukraynanın bu zərbələri Rusiyanı çətin duruma salır

5 Aprel 2024 08:59
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Rusiya neft emalı zavodlarına növbəti hücumları Rusiyanın onları bərpa edə bilməməsinə səbəb ola və onun daxili bazarında qıtlıq yarada bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Davamlılıq üzrə Araşdırmalar Mərkəzinin direktoru Oleq Belokolos deyib.

"Bu, Ukraynanın tamamilə düzgün addımıdır. Bizim buna haqqımız var və etməliyik", - ekspert bildirib.

Onun sözlərinə görə, rusların özləri artıq açıq şəkildə neft emalı sənayesi üçün ciddi təhlükədən danışırlar:

"Ukrayna bu hücumların eyni miqyasını və tempini saxlasa, o zaman Rusiya onları bərpa edə bilməyəcək. Çoxlu texniki detallar var. Bu, oğurlana və harasa ciblərdə qaçaqmalçılıq yolu ilə aparıla bilməyən avadanlıqdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.