Dünya

Yaponiyada futbol oynayan məktəbliləri ildırım vurdu - Yaralananlar var

4 Aprel 2024 03:00
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Miyazaki əyalətində futbol oynayan tələbələri ildırım vurması nəticəsində 2-si ağır olmaqla 18 yaralı xəstəxanaya çatdırılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "NHK news" məlumat yayıb.

Qeyd edilib ki, bununla yanaşı sərnişin təyyarəsi də ildırım vurması səbəbilə Kansai hava limanına məcburi eniş edib.
Ətraflı

Belə ki, Yaponiya Nəqliyyat Nazirliyindən verilən açıqlamada, saat 14:37-də Miyazaki hava limanından qalxan və Haneda hava limanına hərəkət edən "Japan Airlines" şirkətinə aid 122 sərnişin və ekipajı olan təyyarəni iki dəfə ildırım vurub.

Təyyarə ehtiyat tədbiri olaraq saat 15:42-də Kansai hava limanına məcburi eniş edib. Sərnişinlərdən və ekipajdan xəsarət alan olmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.