Finlandiyanın Vantaa şəhərində çərşənbə axşamı səhər məktəbdə atışma olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Reuters" Finlandiya polisinə istinadən yazır ki, üç uşaq yaralanıb və xəstəxanaya aparılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, atışma 1-9-cu siniflərdə təxminən 800 şagirdin oxuduğu və 90-a yaxın işçinin çalışdığı Viertola məktəbində baş verib.
Polis bildirib ki, şübhəli şəxs saxlanılıb - onun 13 yaşı var. BBC-nin məlumatına görə, qurbanların da 13 yaşı var.
"Birbaşa atəşə keçdi" deyən məktəb direktoru hadisə ilə bağlı əlavə şərh verməkdən imtina etdi.
Vantaa, təxminən 240 min nəfər əhalisi olan Finlandiyanın dördüncü ən böyük şəhəridir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun