Dünya

Abdullahian həmkarı ilə danışdı: Bütün məsuliyyət...

1 Aprel 2024 23:16
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı Feysəl Miqdadla telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Abdullahian həmkarına bildirib ki, Dəməşqdəki səfirliyin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.

Qeyd edək ki, İsrail Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya düşüb. Nəticədə bir neçə iranlı diplomat və hərbi müşavir ölüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.